USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Fed" qeyri-müəyyənliyinin neft qiymətlərinə təsiri

22.02.2023 İqtisadiyyat
6 10
FED-in gələcək pul siyasəti ilə bağlı qeyri-müəyyənliklər neft qiymətlərinə təzyiq edir.

Dünən 84,20 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 83,05 dollarla tamamlayıb. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 11:19-a bağlanışla müqayisədə 0,93 faiz azalaraq 82,28 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir bareli 75,88 dollardan alıcı tapdı.

Qiymətlərin enişində ABŞ Federal Ehtiyat Sisteminin (FED) qarşıdakı monetar siyasətinə dair qeyri-müəyyənliklər təsirli olub.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 82,80-83,04 dollar aralığını müqavimət, 82,56-82,32 dollar diapazonu isə dəstək zonası kimi izlənə bilər.

Fed-in şahin mövqeyi tələblərdə narahatlıqları artırır

Bütün dünyada artan inflyasiya narahatlığı mərkəzi bankların “şahin siyasətini” nə qədər davam etdirəcəyi ilə bağlı suallar yaradır.