USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstiqrazlara da vergi tətbiq oluna bilər: Qiymətli kağızlar bazarını nə gözləyir? - AÇIQLAMA

22.02.2023 İqtisadiyyat
0 0
"Ola bilər ki, depozitlərə tətbiq olunan vergilər qiymətli kağızlara olan marağı artırsın".

Kommersant.az-a iqtisadçı-ekspert Natiq Cəfərli depozitlərə tətbiq olunan vergilərdən sonra qiymətli kağızlar bazarına arta biləcək maraqdan danışarkən deyib.

Ekspert bildirib ki, qiymətli kağızlara hər zaman maraq olub:

"SOCAR və digər böyük dövlət şirkətlərinin qiymətli kağızlarına maraq hər zaman olub. Verilən bu qərardan sonra marağın daha da artması gözləniləndir".

Natiq Cəfərli qeyd edib ki, bir müddətdən sonra depozit gəlirləri kimi istiqrazlardan gələn gəlirlərə də vergi tətbiq olunması mümkündür:

"Əgər belə bir tendensiya varsa, ola bilər ki, yaxın gələcəkdə istiqrazlara da vergi tətbiq olunsun".