USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ilin 6 ayında 5,7 min nəfərə reabilitasiya xidmətləri göstərib

10.07.2018 İqtisadiyyat
0 0
Cari ilin 6 ayında ƏƏSMN-nin bərpa mərkəzləri 5,7 min nəfərə reabilitasiya xidmətləri göstərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bərpa mərkəzləri tərəfindən cari ilin ilk yarımilində 5,7 min nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin edilib.

Nazirlikdən "Kommersant"a verilən məlumata görə, onlardan 4,5 min nəfərə stasionar, 1,2 min nəfərə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Hazırda ƏƏSMN-nin ölkənin bütün bölgələri üzrə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir: "Reabilitasiya mərkəzlərində qeyd olunan insanların sosial statusunun bərpası və cəmiyyətə inteqrasiyası üçün onlar fizioterapevtik müalicə üsullarının geniş tətbiqi şəraitində kompleks tibbi və sosial, peşə reabilitasiyası tədbirlərinə cəlb olunurlar.

Həmçinin sağlamlıq imkanları məhdud uşaqların bərpası prosedurlarının tətbiqi ilə yanaşı, onlarla bağlı müəyyən tədris metodikaları da həyata keçirilir".

Nazirlikdən bildirilib ki, yanvar-may aylarında 4,7 min nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa protez-ortopedik bərpa xidmətləri göstərilməklə, onlara ümumilikdə 12,8 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 700 əlil arabası verilib.