USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR Türkiyədə əhəmiyyətli dəyişiklik - TƏYİNAT

22.02.2023 İqtisadiyyat
10 6
SOCAR-ın Türkiyə Neft Emalı və Neft-Kimya İş Birliyinin Maliyyə Məsələləri üzrə rəhbəri Elçin İbadov Türkiyənin ən böyük xarici investoru olan Socar Türkiyə şirkətinin icraçı direktoru vəzifəsinə təyin edilib.

SOCAR-ın Türkiyə baş direktoru Zaur Qəhrəmanov 7 ilə yaxın çalışdığı vəzifəsindən ayrılaraq SOCAR-ın Baş ofisində yeni vəzifəyə təyin edilib. 15 il ərzində Azərbaycanda, İsveçrədə və son olaraq Türkiyədə SOCAR-da müxtəlif rəhbər vəzifələrdə çalışan F.Qəhrəmanov SOCAR prezidentinin müşaviri vəzifəsində çalışacaq.

Qeyd edirik ki, SOCAR-ın Türkiyə Neft Emalı və Neft-Kimya İş Birliyinin Baş Maliyyə Direktoru vəzifəsini tərk edən Zaur Qəhrəmanovun vəzifəsini vəkalətən Elçin İbadov əvəz edəcək.