USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Novruz hazırlıqları başlayır - Qiymət artımının qarşısını necə almaq olar?

22.02.2023 İqtisadiyyat
0 0
Novruz bayramına artıq bir ay vaxt qalıb. Bayramla bağlı bəzi yerlərdə hazırlıqlar başlayır.

Kommersant.az bazarlara çıxarılan kənd təsərrüfatı məhsulları, xüsusilə də çərəz və meyvə qurularının qiyməti ilə maraqlanıb. Hələ qiymətlərdə xüsusi bir dəyişiklik olmasa da, bayram yaxınlaşdıqca qiymət artmının olacağı istisna edilmir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Musa Əhmədov isə saytımıza bildirdi ki, bayramqabağı bazarlara çıxan məhsulun qiymətlərinin tənzimlənməsi bu nazirliyin səlahiyyətinə aid deyil. Bu işlə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət edir. Bu qurumla isə əlaqə saxlamaq mümkün olmadı.

Bayramdan öncə kənd məhsullarının satılması üçün yarmarkaların təşkilindən də danışan nazirlik rəsmisi bildirib ki, bununla bağlı işlər görülür, yarmarkalar təşkil olunan zaman ictimaiyyətə məlumat veriləcək.

Bəs qiymət artımının qarşısını necə almaq olar? Məsələni kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovla müzakirə etdik.

Vahid Məhərrəmov sualımıza cavab olaraq bildirdi ki, qiymət artımının qarşısını almaq üçün bazarlarda tələb və təklifin bir-birini ödəməsi lazımdır:

"Yəni alıcılıq qabiliyyətinə görə bazara məhsul çıxarılmalıdır. Həmçinin şərait yaradılmalıdır ki, sahibkarlar bazara məhsul çıxara bilsinlər. Bunun üçün də monopoliyanı aradan qaldıraraq, topdansatış qiymətlərində tənzimlənmələr olmalıdır".

  • Əvvəlki

    Ərdoğan zəlzələlərə rəğmən seçkinin tarixində israr edir - BLOOMBERG

Digər xəbərlər