Xəzər Boru Kəməri Konsorsiumu fevralın 22-də Qara dənizdə neftin nəqlini bərpa edib.
Şirkətdən jurnalistlərə verilən məlumata görə, Xəzər Boru Kəməri Konsorsiumu fevralın 22-də hava şəraitinin normallaşması ilə əlaqədar Qara dənizdəki terminalında neftin ötürülməsini bərpa edib.
Xəzər Boru Kəməri Konsorsiumu fevralın 19-da əlverişsiz hava şəraiti ilə əlaqədar Qara dəniz terminalından neft daşımalarını dayandırıb. Bundan sonra, fevralın 22-də Konsorsium Qazaxıstanın Tengiz yatağından öz boru kəməri sisteminə neftin qəbulunu və ehtiyatların çox olması səbəbindən Qara dəniz terminalının çən parkına neftin vurulmasını dayandırıb:
"Hava şəraitinin normallaşması Xəzər Boru Kəməri Konsorsiumuna 2023-cü il fevralın 22-də şirkətin Dəniz Terminalında neftin daşınmasını bərpa etməyə imkan verib", - deyə şirkətin açıqlamasında bildirilir.