USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da quraqlıq pambığı çürütdü - QİYMƏTLƏR ARTDI, DİQQƏT

23.02.2023 İqtisadiyyat
11 20
ABŞ-ın “pambıq mərkəzi” olan Texas 2022-ci ildə tarixin ən pis quraqlığını yaşadığından uşaq bezindən tutmuş cunaya kimi bütün məhsulların qiymətləri qalxıb.

İqtisadçılar “kəpənək effekti” ilə bağlı xəbərdarlıq edir: “Qərbi Texasda məhsulun azalması bütün dünyada mağazalardakı qiymətlərə təsir edə bilər. Çində bir kəpənək qanad çırparsa, ABŞ-da tufana səbəb ola bilər..."

Bu, “kəpənək effekti”ni təsvir edən bir ifadədir. Dünyanın üçüncü ən böyük pambıq istehsalçısı ABŞ-ın “pambıq mərkəzi” olan Texas 2022-ci ildə tarixinin ən böyük quraqlığını yaşadı. The New York Times (NYT) qəzetinin manşetində yazdığı kimi, “quraqlıqda pambıq çürüdü, qiymətlər uçdu”. Belə ki, rəsmi rəqəmlərə görə, Texas fermerləri yığdıqları pambıq məhsulunun 74 faizini atmalı olub. “pambıqsız” isə ABŞ-da məhsul qiymətlərinə ciddi təsir göstərib. Nəticədə qadın pedlərinin qiymətləri yüzdə 13, uşaq bezi qiymətləri yüzdə 21, tibbi təyinatlı pambıq yastıqların qiymətləri 9 faiz bahalaşıb.

Qeyd edək ki, ABŞ-da 2022 illik inflyasiya 6,5 ​​faizdir.

Qorxu ondan ibarətdir ki, Qərbi Texasdakı vəziyyət bütün dünyada kəpənək effektinə çevrilə bilər. İqtisadçılar, "Qərbi Texasda pambıq yığımında baş verən çöküşün təsiri Amerikadan kənara, bütün dünyadakı mağazalara da çatacaq", - deyə bildiriblər.

NYT misal olaraq "Procter and Gamble" tərəfindən istehsal olunan "Tampax" sanitar pedini göstərib: “Məsələn, ötən il ABŞ-da "Tampax"ın qiymətini artıran şirkət bütün dünyaya 4,5 milyard qutu "Tampax" göndərir”.