USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Taxıl dəhlizi” ərzaq qiymətlərinin gedişatını müəyyən edəcək

23.02.2023 İqtisadiyyat
11 4
Türkiyə Məhsul İxtisaslaşma Birjasının (TMİB) baş direktoru Əli Kıralı Rusiya-Ukrayna müharibəsindən sonra həyata keçirilən Taxıl Dəhlizinin qlobal ərzaq böhranının aradan qaldırılmasında mühüm rol oynadığını ifadə edib.

Kıralı bildirib ki, Ukrayna və Rusiya məhsullarının dünya bazarlarına çıxarılması üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyənin təşəbbüsləri ilə imzalanan Taxıl Dəhlizi Sazişindən 7 ay keçib.

Rusiya-Ukrayna müharibəsindən sonra yük gəmilərinin Qara dəniz limanlarını tərk edə bilməməsinin qlobal ərzaq qiymətlərinin artdığını xatırladan Kıralı, “Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı ərzaq qiymətləri indeksi 140 civarında idi. Bu müharibədən əvvəlki rəqəmdir. Müharibə səbəbindən indeks tez bir zamanda 160 səviyyəsinə yüksəldi. 19 Noyabr 2022-ci ildə imzalanan və 2023-cü ilin martına qədər uzadılan Taxıl Dəhlizi Sazişi, üstəlik keçən il yüksək məhsul əldə edilməsi problemin aradan qaldırılmasında mühüm rol oynadı".