USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Quraqlıq Türkiyəni də vurdu

23.02.2023 İqtisadiyyat
6 18
Ötən ay Türkiyə daxilində yağıntı normaya nisbətən yüzdə 52 azalaraq son 22 ilin ən aşağı səviyyəsində qalıb.

Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi Meteorologiya Baş İdarəsinin 2023-cü ilin Yanvar Məkan Yağıntıları Hesabatından tərtib edilən məlumatlara görə, 1991-2020-ci illəri əhatə edən yanvar ayında orta yağıntının miqdarı hər kvadrat metrə 69,8 kiloqram olub.

Ötən ilin yanvarında hər kvadratmetrə 87,3 kiloqram düşən yağıntı miqdarı ötən ay 33,2 kiloqram olaraq qalıb ki, bu da son 22 ilin ən aşağı səviyyəsidir. Türkiyədə yanvar ayı yağıntıları ötən ilin yanvar ayı normasından və miqdarından az olub. Yanvar ayında yağıntılar normaya nisbətən 52 faiz, ötən ilin yanvar ayı ilə müqayisədə isə 62 faiz azalıb.

Ən çox azalma yüzdə 74 ilə Cənub-Şərqi Anadolu Bölgəsində qeydə alınıb. Çanaqqala-Antalya xəttinin qərbində yağıntı normadan bir qədər çox olsa da, şərqdə azalıb.

Yanvarda ölkənin bir çox bölgəsində quraqlıq kritik həddə çatdı

Türkiyədə yanvar ayında yağıntıların azalması ilə quraqlıq özünü büruzə verdi. Rüblük dövrlərdə əldə edilən meteoroloji quraqlıq analizlərinə görə, "fövqəladə quraqlıq" olaraq təyin olunan şiddətli quraqlığın təsirini göstərdiyi şəhərlər aşağıdakı kimi sıralanır:

“Tekirdağ, Çanaqqala və Balıkəsir sahilləri, İstanbul, Yalova və Kocaeli sahilləri, Düzce, Sakarya, Biləcik, Əskişəhər, Kütahya, Afyonkarahisar və Isparta ətrafı, Ankaranın şərqi, Kırıkkale, Kırşehir, Aksaray, Nevkırışəhər, Çan , Konya, Karaman ətrafı, Rize və şərqində Bayburt və Ərzincan, Qars, Muş, Bitlis və Siirt, Vanın şərqi, Mersin sahilləri və Osmaniyenin daxili seqmentləri".