USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kirayə bazarında 'Avstriya' modeli tələb olunur

23.02.2023 İqtisadiyyat
0 0
Valyuta məzənnəsi, pandemiya, qaçqınlar və indi zəlzələ köçü ilə kirayə qiymətləri nəzarətdən çıxıb. Təcili tədbir görülməsə, problem sosial böhrana çevriləcək.

Türkiyədə kirayə mənzil qiymətləri problemi sosial böhrana çevrilmək üzrədir. 2018-ci ildə valyuta məzənnəsindəki partlayışla bərabər artmağa başlayan kirayə qiymətləri 2020-ci ildə pandemiya ilə birlikdə daha da yüksəldi. Rusiya-Ukrayna müharibəsinin yaratdığı tələb və yüksək inflyasiya təzyiqi, Əfqanıstan, Pakistan, Körfəz və Şimali Afrikadan intensiv miqrasiya, qiymətləri tamamilə nəzarətdən çıxarıb.

Belə ki, İstanbulun lüks bölgələrində 4 il əvvəl 5 min (450 AZN) ətrafında olan kirayə qiymətləri 70 min lirəyə (6300 AZN) yüksəlib. Kirayə qiymətlərinin qarşısıalınmaz artımına son qoymaq üçün atılan addımlar yetərli olmayıb. Həll yolu kimi “Dəyər xəritəsi” və ya ciddi nəzarət tövsiyə edilsə də, fayda olmayıb.

Bu sahədə dünya təcrübəsinə baxsaq, belə kriz yaşanan ölkələrdən biri olan Avstriyada evləri dəyərinə görə təsnif edərkən hər kateqoriya üçün maksimum qiymət təyin olunur. İngiltərədə isə 1988-ci ildə qəbul edilmiş Mənzil Aktı sayəsində dövlət həm evdən çıxarılma şərtlərinə, həm də kirayə artımlarına nəzarət edir. Mənzil ekspertləri Avstriyanın şərtlərini Türkiyədə tətbiq oluna biləcək bir model kimi tövsiyə edirlər.