İsveçrə ABŞ-ın vergi siyasətinə qarşı ÜTT-ə müraciət edib.
"Kommersant" xəbər verir ki, İsveçrə hökumətinin rəsmi saytında verilən məlumata görə, dövlət ABŞ-ın aliminium və polada qoyduğu vergiyə görə Ümumdünya Ticarət Təşkilatına müraciət ünvanlayıb. İsveçrə tərəfi dövlətlər arasındakı anlaşmazlığı həll etməyi ÜTT-ə həvalə etdiklərini bildirib.
İsveçrə hökuməti bildirib ki, ABŞ onlara qarşı tətbiq etdiyi vergilərin təhlükəsizik məqsədi ilə tətbiq edildiyini söyləyir, amma Birləşmiş Ştatların İsveçrəyə qarşı özünü qorumasına gərək yoxdur.