USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Tik-Tok" qadağan olundu - AVROPA İTTİFAQINDA

23.02.2023 İqtisadiyyat
14 4
Avropa İttifaqı (Aİ) Komissiyası işçilərinə şəxsi və korporativ telefonlarından TikTok tətbiqini silməyi tapşırıb.

"Politico" saytında yer alan xəbərə görə, Aİ Komissiyası təhlükəsizlik baxımından işçilərinə sosial media tətbiqi "Tik-Tok"dan istifadə etməyi qadağan edib.

Bu kontekstdə Komissiyanın bütün əməkdaşlarına tətbiqi şəxsi və ya korporativ cihazlarından silmək tapşırılıb. Aİ-nin digər qurumları, Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.

Çin texnologiya firmasına məxsus "Tik-Tok" bəzi ölkələrdə milli təhlükəsizlik narahatlığına səbəb olur.

Qeyd edək ki, ABŞ-da rəsmi xidmət üçün istifadə edilən cihazlarda da "Tik-Tok"dan istifadə qadağan edilib.