USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslərin vəzifə maaşları 10 faiz artırıldı - SƏRƏNCAM

23.02.2023 İqtisadiyyat
34 3
Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Kommersant.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.