USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank fevral ayı üzrə faiz qərarını açıqlayıb - TÜRKİYƏDƏ

23.02.2023 İqtisadiyyat
11 6
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının Pul Siyasəti Komitəsi uçot dərəcəsini 50 baza bəndi azaldaraq 8,5 faizə endirib.

Qərarla əlaqədar Pul Siyasəti Komitəsi tərəfindən edilən açıqlamada, Kahramanmaraş mərkəzli zəlzələ fəlakəti əsas göstərilib:

"Zəlzələnin yaxın perspektivdə iqtisadi fəaliyyətə təsir göstərəcəyi gözlənilsə də, orta müddətli perspektivdə Türkiyə iqtisadiyyatının performansına daimi təsir göstərməyəcəyi təxmin edilir".

Bəyanatda aşağıdakılar yer alıb:

"İqtisadi fəaliyyətlə bağlı son zamanlar açıqlanan məlumatlar gözləniləndən daha müsbət səviyyədə olsa da, geosiyasi risklərin və faiz artımlarının təsiri ilə inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında tənəzzül narahatlıqları davam edir. İstehsalçı və istehlakçı inflyasiyası mənfi təsirləri azalsa da, beynəlxalq miqyasda iqtisadi kriz yüksək səviyyədə qalmaqda davam edir. Yüksək qlobal inflyasiyanın inflyasiya gözləntilərinə və beynəlxalq maliyyə bazarlarına təsiri yaxından izlənilir. Bu tendensiyalar tənəzzül risklərinə qarşı faiz dərəcələrini artıran mərkəzi bankların faiz artımı dövrlərini tezliklə bitirəcəyi ilə bağlı gözləntiləri əks etdirir".