USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İngiltərədə meyvə-tərəvəz böhranı

24.02.2023 İqtisadiyyat
7 7
Böyük Britaniyada aparıcı supermarket şəbəkələrinin rəfləri meyvə-tərəvəz tədarükündəki problemlərə görə qismən boş qalıb. Meyvə-tərəvəz məhsullarına hər müştəriyə görə müəyyən məhdudiyyət qoyulub.

Ölkənin aparıcı supermarket şəbəkələrindən biri olan "Tesco", "Asda", "Morrisons" və "Aldi" tədarük zəncirlərindəki problemlər səbəbindən alıcılıqda hər müştəriyə görə müəyyən məhdudiyyət tətbiq edib. Bir çox supermarket rəflərinin isə boş qaldığı müşahidə edilib.

İngiltərə hökuməti və market şəbəkələri tərəfindən verilən açıqlamalarda tərəvəz və meyvə məhsullarında yaşanan böhrana Avropa ölkələrindəki pis hava şəraitinin səbəb olduğu bildirilib.

Müştəri üçün məhdudiyyətlər

Meyvə-tərəvəz tədarükü böhranında Hollandiyada istixanalarda istehsal xərclərinin artmasına elektrik enerjisi qiymətlərinin artması da təsir edib.

"Asda" hər müştəriyə yalnız 3 kahı, brokoli və gül kələminin alına biləcəyi, "Morrisons"da isə hər müştəriyə 2 xiyar, pomidor, kahı və bibərə icazə verildiyi deyilib.

Britaniya Pərakəndə Konsorsiumu (BCR) tərəfindən edilən açıqlamada, ölkənin başlıca olaraq idxal etdiyi bəzi meyvə-tərəvəzlərdə, xüsusilə pomidorda tədarük probleminin olduğu bildirilib.

  • Əvvəlki

    ABŞ kriptovalyuta ilə bağlı xəbərdarlıq edir

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0