USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan neft qiymətlərinə dəstək

24.02.2023 İqtisadiyyat
3 0
Həftənin son ticarət günündə neft qiymətləri yüksəliş trendində olsa da, Rusiyanın qarşıdakı dövrdə neft tədarükünü azalda biləcəyi xəbəri yüksəlişi dəstəkləyən əsas amillərdən olub.

Dünən 82,77 dollara kimi bahalaşan Brent markalı neftin barrel qiyməti günü 82,21 dollarla tamamlayıb. Bu gün saat 10:55-ə olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti müqayisədə 1,00 faiz artaraq 83,05 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir bareli 76,13 dollardan alıcı tapıb.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 83,06-83,62 dollar diapazonu müqavimət, dəstək zonası kimi isə 82,50-81,94 dollar diapazonu izlənilə bilər.

Rusiyanın neft qiymətlərinə təsiri

Bahalaşmada Rusiyanın qarşıdakı dövrdə neft tədarükünü azalda biləcəyi xəbəri təsirli olub. Beynəlxalq mətbuatda yayılan xəbərlərə görə, Rusiya martda fevral ayı ilə müqayisədə qərb limanlarından neft ixracını 25 faizə qədər azaltmağı planlaşdırır.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak fevralın 13-də bəyan edib ki, mart ayında neft hasilatını gündəlik 500 min barel azaldacaqlar.

  • Əvvəlki

    Bankdakı əmanətə ən çox faiz verən banklar - SİYAHI

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0