"Kommersant" xəbər verir ki, bitcoinin qiyməti gün etibarilə 6,6-6,7 min dollar aralığında dəyişib. Halbuki, ekspertlər kriptovalyutanın qiymətinin 7 min dollara qalxacağını proqnozlaşdırmışdılar.
"CoinMarketCap" portalının məlumatına görə, 20-dən çox valyuta növünün ortalama qiymət hesablanmasından çıxan nəticəyə görə, bitcoinin dəyəri 1,19% ucuzlaşaraq 6688 min dollar olub.
Qeyd edək ki, bitcoinin dəyəri son dəfə 10 iyunda 7 min dollara çatıb.