USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankdan banklara 'dollar' xəbərdarlığı

24.02.2023 İqtisadiyyat
6 0
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı yerli banklara “dollar” xəbərdarlığı edib.

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) yerli banklara xaricdəki müxbir banklara dollar köçürməmələri ilə bağlı xəbərdarlıq edib.

Mövzu ilə bağlı məlumatlı qaynaqlara əsaslanan "Bloomberg" xəbərində bankların ilin ilk 6 həftəsində xaricdəki depozit hesablarına 2,3 milyard dollar köçürmə etdiyi bildirildi və banklara xəbərdarlıq göndərildi.

Xəbərdə ölkədəki xarici kapitallı banklar da daxil olmaqla bütün kommersiya banklarına xəbərdarlıq göndərildiyi, TCMB-nin mövzu ilə bağlı sualları cavablandırmadığı bildirilib.