Rusiya taxıl müqaviləsi əsasında öz məhsullarını bazara çıxarmağı gözləyir.
Rusiya tərəfi taxıl sazişinin müddətinin uzadılması ilə bağlı danışıqlarda konstruktiv yanaşma nümayiş etdirir, öz məhsullarının bazarlara maneəsiz çıxmasına ümid edir.
Qeyd edək ki, taxıl müqaviləsinin müddəti martın 18-də başa çatır. Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov daha əvvəl "Reuters" agentliyinə müsahibəsində bildirib ki, Ukrayna razılaşmanı ən azı bir il uzatmaq və daha çox Ukrayna limanlarını bazara daxil etmək istəyir.
Agentliyin həmsöhbəti Rusiya tərəfinin taxıl müqaviləsinin şərtlərinin uzadılması ilə bağlı danışıqlarda mövqeyi ilə bağlı sualı “olduqca konstruktiv” cavablandırıb.