USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsveçrə Aİ-nin Rusiyaya qarşı onuncu sanksiyalar paketinə qoşulacaq

27.02.2023 İqtisadiyyat
3 7
Xarici işlər naziri Kassis: İsveçrə Aİ-nin onuncu anti-Rusiya sanksiyalar paketinə qoşulacaq.

İsveçrənin xarici işlər naziri İqnazio Kassis bildirib ki, İsveçrə Aİ-nin Rusiyaya qarşı 10-cu sanksiyalar paketinə qoşulacaq, çünki bu, hökumətin qərarıdır:

“Prinsip etibarı ilə İsveçrənin Aİ-nin 10-cu sanksiyalar paketinə (Rusiya Federasiyasına qarşı – red.) qoşulacağını gözləmək lazımdır”.

İsveçrə 24 fevral 2022-ci ildən etibarən Rusiyaya qarşı demək olar ki, bütün Avropa sanksiyalarına qoşulub. Bern sanksiyalar çərçivəsində Rusiyanın 8,1 milyard dollarlıq aktivlərini bloklayıb. İsveçrənin Credit Suisse (CS) bankı İsveçrədə qeydiyyatdan keçmiş Rusiya aktivlərinin üçdə birindən çoxunu – 17,6 milyard frank (19 milyard dollardan çox) məbləğində bloklayıb və ya dondurub.