USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qiymətinə nəzarət edilməyən kənd məhsulları

28.02.2023 İqtisadiyyat
17 8
Kənd məhsullarının qiymətinə nəzarəti Kənd Təsərrüfatı Nazirliyinin əvəzinə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti baxarsa, qiymət artımının nəzarətsiz qalması normaldır.

Kommersant.az xəbər verir ki, 2022-ci ilin yanvar ayı ilə müqayisədə bitkiçilik məhsullarının qiyməti 3,9 faiz, heyvandarlıq məhsullarının qiyməti isə 2 faiz artıb.

Qiymətlərin artmasına baxmayaraq, kənd təsərrüfatının istehsalında 2022-ci ilin yanvar ayı ilə müqayisədə 3,3 faiz artım olub. Belə ki, heyvandarlıq məhsullarının istehsalı 3,4 faiz, bitkiçilik məhsullarının istehsalı isə 2 faiz artıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 456,2 milyon manat təşkil edib. Onun da 433,1 milyon manatı heyvandarlıq, 23,1 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.