USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Moskva Birjasının TL qərarı

28.02.2023 İqtisadiyyat
13 3
Martın 1-dən Moskva Birjasında (MOEX) türk lirəsi-rus rublu fyuçerslərinin başlayacağı xəbəri yayılıb.

Moskva Birjası (MOEX) martın 1-dən TL-Rusiya rublu fyuçerslərinə başlamaq qərarına gəlib. MOEX-in açıqlamasında türk lirəsi və Honq Konq dollarına tələbin artdığı bildirilib.

Buna görə də, Moskva Birjasının martın 1-dən etibarən türk lirəsi-Rusiya rublu və Honq-Konq dolları-Rusiya rublu ilə fyuçers əməliyyatlarına başlayacağına dair açıqlamada bildirilib ki, birja müştəriləri iyun ayında bu valyutalarda bağlanacaq müqavilələri əldə edə biləcəklər.

Açıqlamada sözügedən tətbiqin həm institusional investorların, həm də hüquqi şəxslərin bu cür əməliyyatlara marağını artıracağı bildirilib.

MOEX sədri Yuriy Denisov 2022-ci ilin dekabrında Moskva Birjasında türk lirəsinə tələbin 2022-ci ildə əvvəlki ilə nisbətən 17 dəfə artdığını açıqlamışdı.