USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransada illik inflyasiya sürətlənib

28.02.2023 İqtisadiyyat
23 5
Fransada illik inflyasiya fevralda 6,2 faizə qədər sürətlənib.

Fransa Milli Statistika İnstitutunun (Insee) çərşənbə axşamı dərc etdiyi ilkin məlumatlara görə, fevralda Fransada illik inflyasiya bir ay əvvəlki ilə müqayisədə 6%-dən 6,2%-ə yüksəlib.

DailyFx portalının sorğusuna qatılan analitiklər inflyasiyanın 6,1% olacağını gözlədiklərini bildiriblər. Xatırladaq ki, bir il əvvəl isə 2022-ci ilin fevralında illik inflyasiya 3,6% idi.