Kommersant.az xəbər verir ki, bunu Azərbaycan və dünyada son dövrlər yaranan su qıtlığı, onun səbəbləri, həlli yollarından danışarkən ekoloq Xosrov Musayev deyib. Ekoloq qeyd edib ki, o, hələ 10-15 il əvvəl Azərbaycanda yaxın vaxtlarda suyun 15-20 faiz azalacağı ilə bağlı xəbərdarlıq edib:
“Əhali sayının, suya olan tələbatın artması, əkin-biçin sahəsinin suvarılması içməli suyun azalmasına gətirib çıxardır. Şəhər əhalisi ilə kənd əhalisinin arasındakı fərq ondan ibarətdir ki, şəhərdə yaşayanlar kənd əhalisindən daha çox sudan istifadə edir. Biz su ehtiyatına görə, Gürcüstan və Ermənistandan geridə qalırıq".
Xosrov Musayev bildirib ki, hətta rəsmi qurumlar əvvəllər su qıtlığının yaranmasını etiraf etmirdilər, ancaq indi bunu etiraf etməyə başlayıblar:
"Özüm dəfələrlə demişəm ki, bir gün "krant"ımızı açanda su gəlməyəcək".
Xosrov Musayevin sözlərinə görə, Azərbaycanda istifadə olunan suyun 80 faizi keyfiyyətsizdir:
“İçməli suyun keyfiyyətində də ciddi problemlər var. Bu da məsələnin bir digər tərəfidir. İçməli suyun azalmasına səbəb olan təbii amillərdən də danışan Xosrov Musayev bildirib ki, dünyada qlobal istiləşmə ilə bağlı su ehtiyatı azalıb:
"Yağıntıların həcmi getdikcə azalır, su dövranı pozulub, bu da təbii ki, qıtlıq yaradır. Buxarlanma da yağıntıdan 2.7 dəfə çoxdur. Dünyada 1.5 milyadr insan su qıtlığndan əziyyət çəkir. Hətta belə proqnoz verirlər ki, gələcəkdə 300 milyona yaxın əhali ekvator xəttindən şimala doğru çəkiləcək. Belə başa düşürəm ki, bu çox da uzaqda deyil. Zaman gələcək ki, su neft-qaz kimi satılacaq. Hətta belə deyilir ki, üçüncü dünya müharibəsi suya görə başlaya bilər".
Problemin həlli yollarından danışan ekoloq bildirib ki, ilk növbətə suya qənaət və səmərəli istifadə vacibdir:
“Bir insana istər qida hazırlamaq, istər içmək üçün gün ərzində 2.5-3 litr su lazımdır. Biz mövcud resurslarımızdan da düzgün istifadə etmirik. İçəməli suyu hətta texniki məqsədlə istifadə edirik. Bu doğru deyil. Təklif var ki, Xəzərin suyu təmizləməklə heç olmasa, texniki məqsədlər üçün istifadə olunsun. Bunu da bir çıxış yolu hesab etmək olar".