Avropa İttifaqı (Aİ) Apple-ı istifadəçilərin App Store-da musiqi proqramlarında digər satın alma variantları barədə məlumatlandırılmasına mane olmaqda ittiham edib.
Avropa Komissiyası Spotify-ın şikayəti ilə 2 il əvvəl başlayan rəqabət araşdırmasında Apple-a qarşı ittihamların əhatə dairəsinin daraldığını və şirkətə yeni ittihamların yer aldığı rəsmi etiraz bəyanatı göndərildiyini açıqlayıb.
Açıqlamada xatırladılıb ki, Komissiyanın əvvəlki ittihamında Apple-ın öz ödəniş texnologiyasını musiqi proqramı tərtibatçılarına tətbiq etməsi və alternativ abunə xidmətləri haqqında məlumat vermək imkanını məhdudlaşdırması göstərilir.
Ən son ittiham Apple-ın musiqi proqramlarına bildiriş və abunə seçimlərinin daha aşağı qiymətlərlə seçilməsinə mane olan müqavilə məhdudiyyətləri qoyması ilə bağlıdır.
O, vəzifəsindən sui-istifadədə ittiham olunub. 2021-ci ildə Aİ Apple-ı musiqi axını proqramlarında dominant mövqeyindən sui-istifadə etməkdə ittiham edib.
Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətləri öz sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmadığını yoxlamaq səlahiyyətinə malikdir.