Almaniyada da məşhur yeməklər arasında yer alan dönər kababının qiymətinin artması sosial mediada reaksiyalara səbəb olub. Reaksiyalardan sonra Almaniya hökumətinin sosial media hesabından açıqlama verilib.
Açıqlamada, dönər qiymətlərinin Rusiya-Ukrayna müharibəsi ilə artan xərclərə görə yüksəldiyi bildirilib.
Bu yaxınlarda hökumətin İnstaqram hesabında edilən açıqlamada, "Federal hökumət kiçik sahibkarlara yanacağın qiymətinin aşağı salınmasında kömək edir. Nəticədə dönər kababları ucuzlaşacaqmı? Hələlik bunu dəqiq deyə bilmərik”.
Bu açıqlamadan sonra bir Instagram istifadəçisi ““Cənab Scholz, zəhmət olmasa, dönərin qiymətini aşağı salın. Dönərə 9 avro ödəyirəm, heç orqanik də deyil. Tələbə olduğum üçün hər gün dönər almaq demək olar ki, mümkün deyil. Ona görə də mənə endirim etməyinizi istəyirəm” yazıb.