USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FED rəsmisindən 'Əlavə faiz artımı' mesajı

03.03.2023 İqtisadiyyat
22 6
Boston Fed-in prezidenti Susan Collins, faiz artımının davam edəcəyinə dair mesajlar verdi. Collins, inflyasiyanı idarə etmək üçün faiz artımlarının davam etməsinin lazım olduğunu və gələcək məlumatların faizlərin nə qədər yüksələcəyini müəyyən edəcəyini bildirib.

“Gələcək məlumatlar bu artımın məbləğində həlledici olacaq. Bundan sonra sərt maliyyə şərtlərinin iqtisadiyyata təsirini izləmək üçün faiz dərəcəsini bir müddət yüksək saxlamağın vacib olacağını düşünürəm. Müəyyən irəliləyişlər əldə olunsa da, inflyasiya hələ də çox yüksək həddədir. Maaşların və qiymət təzyiqlərinin yavaşladığını göstərən əlamətlər var. Amma inflyasiyanın hələ də çox yüksək olduğuna dair siqnallar alırıq”, deyib.

Bazarlar bu il faiz dərəcələrinin 5,5 faizə yüksələcəyini gözləyir.

Bu il faiz qərarlarını verən FOMC-də Collins-in səsvermə hüququ yoxdur. Dekabr ayında 50 baza bəndi yüksələn FED, son iclasında siyasət faizini 25 baza bəndi artıraraq 4,5-4,75 faiz aralığına çıxardı. Növbəti iclas martın 21-22-də baş tutacaq. Bazar faiz dərəcəsinin bu il 5,5 faizə qədər yüksələcəyini gözləyir.

fed