USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səudiyyə Ərəbistandan Türkiyəyə 5 milyard dollarlıq depozit

06.03.2023 İqtisadiyyat
1 12
Səudiyyə Ərəbistanı Türkiyə Respublikası Mərkəzi Bankı ilə 5 milyard dollarlıq depozit müqaviləsi imzalayıb.

Səudiyyə Ərəbistanı Türkiyə Respublikası Mərkəzi Bankına (TCMB) 5 milyard dollar depozit qoyur. Səudiyyə Ərəbistanı ilə bir müddətdir danışıqlarda olan və 2022-ci ilin noyabrında keçirilən görüşdə son mərhələyə çatdığı bildirilən razılaşma imzalanıb. Səudiyyə Ərəbistanının turizm naziri və Səudiyyə Ərəbistanı İnkişaf Fondunun İdarə Heyətinin sədri Əhməd Əl Xatib və Türkiyə Respublikası Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu arasında 5 milyard dollarlıq əmanət yatırılması haqqında saziş imzalanıb: “İqtisadiyyata inamın ifadəsi”.

Bəyanatda bildirilib ki, Səudiyyə Ərəbistanı İnkişaf Fondunun xətti ilə bağlanan depozit müqaviləsi Səudiyyə Ərəbistanı Krallığı ilə Türkiyə Respublikası və onun xalqları arasında sıx əməkdaşlıq və tarixi əlaqələrin sübutu olmaqla yanaşı, həm də Səudiyyə Ərəbistanı Krallığının Türkiyənin güclənmə səylərini dəstəkləmək öhdəliyinin nümayişidir. Yəni, bu müqavilə Türkiyənin iqtisadi və sosial yüksəlişinə, davamlı inkişafına dəstək deməkdir. Bu əmanət müxtəlif sektorlardakı iqtisadi problemlərin həllinə töhfə vermək məqsədi daşıyır. Səudiyyə Ərəbistanı Krallığı bu müqavilə ilə türk xalqına güclü dəstəyini və Türkiyə iqtisadiyyatının gələcəyinə inamını ifadə edir.