USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kənd təsərrüfatı sahəsindəki problemlər - İxtisaslı kadrlara ehtiyac var - Ekspert

06.03.2023 İqtisadiyyat
3 0
“Bizdə peşəkarlar kifayət qədər deyil. Bu sahəni idarə edənlər düzgün siyasət yürüdə bilmirlər”.

Bu sözləri Kommersant.az-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bu sahədə olan problemlərdən danışarkən deyib.

Ekspert qeyd edib ki, ölkədə bütün resurslar - əmək, su, torpaq var:

“Torpaq, iqlim şəraiti bizdə digər ölkələrə nisbətən daha yaxşdır. Biz Türkiyə, İtaliya, İspaniya ilə müqayisə olunuruq. Yəni bütün resurlarımız var, ancaq bu sahədə boşluqlar çoxdur”.

Vahid Məhərrəmov qeyd edib ki, kənd təsərrüfatının inkişafı ilə bağlı stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi vacibdir:

“Məsələn, subsidiyaların verilməsi. Bu elə edilməlidir ki, kəndlinin hər hansı probelemini həll etsin".

Ekspert bildirib ki, qəbul edilən dövlət proqramlarının hamısı yarımçıq qalıb:

“Bu sahədə yarımçıq qalmayan, sonadək əməl olunan dövlət proqramları qəbul edilməlidir. Bu proqramlarda da kəndlinin problemlərini həll edəcək təkliflər irəli sürülməlidir”.

Vahid Məhərrəmov qeyd edib ki, bu sahədə digər bir problem monopoliyanın olmasıdır:

“Monitoristlər xarici ölkələrdən ucuz məhsulu gətirib, baha qiymətə təklif edirlər. Niyə? Ona görə ki, daxili isdehsal yetərincə deyil. Çünki kəndlinin maraqları təmin olunmur”.

Vahid Məhərrəmov problemin digər bir səbəbi kimi Kənd Təsərrüfatı Nazirliyində ixtisaslı kadrların olmamasını göstərib:

“Yüksək vəzifəli məmurlar arasında bir dənə də olsun nə oqronom, nə zootexnik var, nə də baytar var. Burda çalışanlar bu sahəni bilməlidir”.

Ekspert qeyd edib ki, əsas problemlərdən biri də torpaqların deqradasiyasının sürətlə getməsidir:

“Uzun müddətdir ki, bu sahəyə fikir verilməyib və torpaqların deqradasiyası prosesi sürətlə gedir. Məhsuldarlıq kəskin şəkildə aşağı düşür. Mən dəfələrlə bununıa bağlı yazmışam ki, heç olmazsa ayılsınlar, başa düşsünlər ki, sonradan bu sahədə daha da pis olacaq. İndidən torpaqların deqradasiyasının qarşısı alınmalıdır”

Vahis Məhərrəmov bildirib ki, ölkədə kifayət qədər şor, şorakətləşmiş torpaqlar var. Onların dövriyəyə qaytarılması ilə bağlı müəyyən tədbirlər həyata keçirilməlidir:

“Yəni sadalasaq çoxlu belə problemlər var ki, onları indiki Kənd Təsərrüfatı Nazirliyinin kadrları həll edəcək gücdə deyil. O bilgiləri, bacarıqları, təcrübələri yoxdur. Ona görə də kənd təsərrrüfatı get-gedə zəifləyir, geriləyir”.