USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Leqarddan Avropa üçün yüksək inflyasiya gözləntiləri

06.03.2023 İqtisadiyyat
15 16
Avropa Mərkəzi Bankının prezidenti Christine Legarde, avro zonasının yaxın müddətdə yüksək inflyasiya ilə üzləşəcəyini söyləyib.

ECB sədri Christine Legarde, Avro Bölgəsində baza inflyasiyanın yaxın müddətdə yüksək olaraq qalacağını ifadə edərək, Avropa Mərkəzi Bankının bu ayın sonuna qədər faiz dərəcələrində 50 bəndlik artım ehtimalının getdikcə daha çox müəyyənləşdiyini bildirib.

"Baza inflyasiya qısa müddətdə yüksək olaraq qalacaq" deyən Laqard, ümumi inflyasiya səviyyəsi aşağı düşsə belə, qeyri-sabit ərzaq və yanacaq qiymətləri istisna olmaqla, inflyasiyanın gələcək aylarda narahat edici dərəcədə yüksək ola biləcəyi barədə xəbərdarlıq edib.

Açıqlamasında "İnflyasiyanın yüzdə 2 səviyyəsinə gətirilməsi üçün əlimizdən gələni etməyə davam etməliyik" deyən Leqarde inflyasiya ilə mübarizədə qətiyyət siqnalı verib.

  • Əvvəlki

    "İnkasasiya xidməti Azərbaycanda icazə verilən fəaliyyət növü deyil" - Ekspert marketdəki hücumdan danışdı

Digər xəbərlər