USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük Britaniyanın tikinti sənayesində sürətli inkişaf

07.03.2023 İqtisadiyyat
21 2
İngiltərədə tikinti sektoru (PMI) tənəzzül gözləntilərinin azalması ilə sürətlə yüksələrkən fevralda o, 6,2 bənd artaraq 54,6-ya çatıb.

Böyük Britaniyanın tikinti sənayesi Satınalma Menecerləri İndeksi (PMI) fevral ayında iqtisadiyyatda tənəzzül gözləntilərinin azalması ilə kəskin yüksəlib. S&P Global/CIPS tərəfindən açıqlanan məlumatlara görə, fevralda ölkədə tikinti sektoru PMI göstəricisi 6,2 bənd artaraq 54,6 olub.

Yanvar ayında 48,4 olan tikinti sektoru PMI-nin fevral ayında 49,1 səviyyəsinə yüksələcəyi gözlənilirdi. PMI məlumatlarında 50-dən yuxarı səviyyə sektorda artımı, 50-dən aşağı isə sektorda daralma olduğunu göstərir.

Son məlumatlara görə, ötən ilin may ayından etibarən ölkədə ən güclü artım tikinti sektorunda qeydə alınıb.

S&P Global/CIPS tərəfindən edilən açıqlamada, İngiltərənin tikinti sektorunda keçən ilin dekabrında və bu ilin yanvarında baş verən daralmadan sonra fevral ayında yenidən güclü artımın müşahidə edildiyi qeyd edilib.

Açıqlamada qiymətləndirmələri yer alan S&P Qlobal Bazar Araşdırmaları Direktoru Tim Mur ölkədə iqtisadiyyatla bağlı narahatlığın azalmasının tikinti şirkətlərinə müsbət təsir etdiyini bildirib.