USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gəncə və Şəki Psixiatriya xəstəxanalarının tikintisinə vəsait ayrılıb

10.07.2018 İqtisadiyyat
0 0
Gəncə və Şəkidə yeni Şəhər Psixiatriya xəstəxanalarının tikintisi üçün keçirilən tenderin nəticələri açıqlanıb.

"Kommersant"ın məlumatına görə, Gəncə şəhər Psixiatriya Xəstəxanası və Şəki şəhər Psixiatriya Xəstəxanasının yenidən tikilməsi üçün keçirilən tenderin nəticələrinə əsasən, Gəncə şəhər Psixiatriya Xəstəxanasının tikinti işlərini Rayonlararası İstehsalat Kombinatı həyata keçirəcək. Tikinti işlərinə 6 634 785,79 manat sərf ediləcək.

Şəki şəhər Psixiatriya Xəstəxanasının yenidən tikilməsinə 10 333 677,01 manat vəsait sərf ediləcək.
Hazırda Azərbaycanda 10 Psixiatriya Xəstəxanası var. Onların 2-si Bakıda, qalanları isə Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Quba, Naxçıvan, Qazax, Salyanda fəaliyyət göstərir.