USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukrayna Taxıl Dəhlizi ilə bağlı danışıqlara başlayır

07.03.2023 İqtisadiyyat
15 0
Reuters agentliyinin Ukrayna hökumətindəki mənbəyə istinadən verdiyi xəbərə görə, Ukrayna Qara dəniz taxıl dəhlizi sazişinin uzadılması üçün tərəfdaşları ilə danışıqlara başlayıb.

Ukrayna öz taxılını qlobal bazarlara ixrac etməyə imkan verən Qara Dəniz Taxıl Dəhlizi sazişinin uzadılması üçün tərəfdaşlarla ikitərəfli onlayn danışıqlara başlayıb.

Danışıqların gedişi barədə məlumat verən Ukrayna hökumətinin yüksək rütbəli rəsmisi bildirib ki, Ukrayna Rusiya ilə görüşməyib, lakin tərəfdaşlarının Moskva ilə görüşünü qiymətləndirib. Rusiya ötən il Ukraynaya təcavüzə başladıqdan sonra bu ölkənin Qara dəniz limanlarını da blokadaya alıb.

Dünyanın əsas taxıl ixracatçılarından biri olan Ukraynadan ixracın bərpasına imkan verən Qara dəniz taxıl dəhlizi sazişi ötən ilin iyulunda Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə imzalanıb və son olaraq saziş 120 gün müddətinə uzadılıb.

Qeyd edək ki, müqavilə yenidən uzadılmadığı təqdirdə martın 18-də başa çatacaq.

  • Əvvəlki

    iPhone-un yeni rəng seçiminə geri sayım başlayıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0