USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bu evlərin qiymətində heç bir dəyişiklik yoxdur” - Ramil Osmanlı

07.03.2023 İqtisadiyyat
32 7
Bakının kəndlərinə - Ramana, Qala, Nardaran, Mərdəkana insanların köçməsi ilə bağlı hazırki mövsümdə ciddi bir dəyişiklik yoxdur, müşahidə olunmur.

Bu fikirləri Kommersant.az əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Ekspert qeyd edib ki, bu ərazilər daha çox bağ sahələri hesab olunur. İnsanlar ora daha çox yay mövsümündə axın edir.

“İndi hazırda mövsüm olmadığı üçün bu ərazilərə axıın yoxdur. O ərazilərə əhalinin köçməsi yayın əvvəllərində başlayır”.

Türkiyədə baş verən zəlzələdən sonra ölkəmizdə həyət evlərinin cüzi qiymət artımına da toxunan Ramil Osmanlı qeyd edib ki, bu qısa müddətli bir tendesiyadır:

“Elə fantastik artımlar yoxdur. Üstəgəl nəzərə almaq lazımdır ki, həyət evlərinin saxlanma xərcləri mənzillərlə müqayisədə daha yüksəkdir. Bu mənada psixoloji faktorla əlaqəli olaraq meyillər müşahidə olunacaq”.

Ekspert qeyd edib ki, nisbi qiymət artımları var, amma bu fantastik deyil:

“Bu artımın heç bir iqtisadi əsası yoxdur. Kütləvi axın var, hamı mənzilini satıb həyət evləri alır və s. Kimi yanaşmalar mövcud deyil.”

Bu cuzi qiymət artımın hansı ərazilərə təsirindən danışan Ramil Osmanlı bildirib ki, daha çox ucuz evlər və şəhərə nisbətən yaxın olan ərazilərdə qiymət artımı müşahidə olunur:

“Məsələn, Sulutəpəd, Masazır, Xırdalan, Ramana, Hövsan kimi istiqamətlərdə nisbi dəyişmələr müşahidə olunur. Lakin yaxın bir-iki ay ərzində də bu tendesnsiya aradan qalxacaq.

  • Əvvəlki

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti - TENDER ELAN ETDİ

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0