USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Faiz dərəcəsi gözləniləndən yüksək ola bilər - FED

07.03.2023 İqtisadiyyat
16 6
FED sədri Powell, faiz dərəcələrinin gözləniləndən yüksək ola biləcəyini bildirib: “Biz lazım gələrsə, faiz artımının səviyyəsini artırmağa hazırıq".

ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Powell ABŞ Senatında yarımillik pul siyasəti təqdimatına başlayıb. Prezident Powell çıxışında mühüm açıqlamalar verərkən faiz dərəcələrindəki pik səviyyənin gözləniləndən daha yüksək ola biləcəyini ifadə edərək, "Lazım olarsa, faiz artımlarının sürətini artırmağa hazırıq" dedi.

Powell, işə qəbul, xərclər və inflyasiya məlumatlarında əvvəlki yumşalma tendensiyalarının yanvar ayında qismən geri döndüyünü, son iqtisadi məlumatların isə gözləniləndən daha güclü olduğunu söyləyib. Bundan əlavə, Powell vurğulayıb ki, pul siyasətinin bütün təsirlərinin daha geniş sahələrdə əks olunması üçün vaxt lazımdır.

Bazarın bu çıxışa reaksiyası necə olub?

FED sədri Powellin çıxışı ilə bütün dünyada dollar möhkəmləndi, ABŞ istiqrazlarının faizləri isə yüksəldi. Gün ərzində 1851 dollara qədər bahalaşan qızılın unsiyası 1821 dollara kimi ucuzlaşdı.

FED-in mart iclasında 25 baza bəndi olan svop bazarında qiymət artımı 50 baza bəndinə yüksəldi.