Dünyada ən populyar kriptovalyuta olan bitkoin son sutka ərzində ucuzlaşıb.
"Kommersant"ın məlumatına görə, 6,6 min dolalr ətrafında alınıb satılır.
"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti 1,19% ucuzlaşaraq 6 688 dollar təşkil edib.
Alternativ kriptovalyutalar da ucuzlaşıb. Belə ki, "Ethereum" 4,51% və ya 462,55 dollaradək ucuzlaşıb, "Ripple" 3,36% (0,461 dollara qədər), "Bitcoin Cash" 3,29% (724,02 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 264,05 milyard dollar təşkil edir və bunun 43 faizi bitkoinin payına düşür.