USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FED-in uçot dərəcəsini artırmasının manata təsiri - Əhali bilsin ki,...

13.03.2023 İqtisadiyyat
14 4
"Azərbaycanda devalvasiya təhlükəsi yoxdur".

Bu sözləri Kommersant.az-a iqtisadçı Əkrəm Həsənov ABŞ Federal Ehtiyyat Sisteminin (FED) uçot dərəcəsinin artırması ilə bağlı infilyasiyanın artması haqqında danışarkən deyib.

İqtisadçının bildirib ki, FED-in faiz dərəcəsini artırması bütün dünyada dolların bahalaşmasına səbəb olur, qiymətlər artır:

"Dollar bahalaşır, digər ölkələrin valyutaları isə zəifləyir".

Əkrəm Həsənov qeyd edib ki, Azərbaycan kimi dünyaya neft ixrac edən ölkələrdə vəziyyət bir qədər fərqlidir:

“Çunki paralel olaraq dünyada neftin qiyməti ya artır, ya da ən azı sabit olaraq qalır. Bu baxımdan bizim kimi ölkələrin valyuta ehtiyatı artır".

Valyuta ehtiyatlarımız haqqında danışan Əkrəm Həsənov bildirib ki, hazırda ehtiyatlar artmaqda davam edir:

"Bu səbəbdən digər məhsulların qiyməti artsa da, valyuta ehtiyatlarımız da artdığı üçün FED-in uçot dərəcəsini artırmasının manata təsiri yoxdur".

Ekspert onu da əlavə edib ki, buna baxmayaraq, qiymət artımı bizim üçün də problemdir:

“Lakin Mərkəzi Bank pul siyasətinin sərtləşdirilməsinə qarşı mübarizə aparır. Mərkəzi Bank da uçot dərəcəsini, yerli bankların Bankda saxladığı ehtiyat normasını artırır və s. Bununla da qiymət artımının qarşısının alınmasına çalışılır. Bu addımlar kifayət deyil. Çünki qiymət artımına başqa amillər də təsir edir”.

Ekspert onu da əlavə edib ki, Mərkəzi Bank qiymət artımını təkbaşına nəzarətdə saxlaya bilməz:

“Digər tərəfdən, əgər Tarif Şurası əhali üçün vacib olan məhsul və xidmətlərin qiymətlərini arıtırırsa, təbii ki, Mərkəzi Bank bu halda qiymət artımının qarşısını ala bilməz. Amma hər halda hamı bilsin ki, milli valyuta üçün hər hansı bir təhlükə yoxdur”.