USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya üzrə pensiya fondları milyonlarla pul itirdi

14.03.2023 İqtisadiyyat
17 2
SVB-nin dağılması səbəbindən dünya üzrə pensiya fondları milyonlarla pul itirib.

Amerikanın “Newsweek” jurnalının yazdığına görə, bütün dünyada pensiya fondları “Silicon Valley Bank”ının (SVB) iflası nəticəsində “milyonlarla dollar” itirib:

"Silikon Vadisi Bankının dağılması bütün dünyada pensiya fondlarının milyonlarla dollar itirməsinə səbəb oldu".

Jurnalın məlumatına görə, Kaliforniya Dövlət İşçilərinin Təqaüd Fondu (CalPERS), Kaliforniya Ştat Müəllimlərin Təqaüd Fondu (CalSTRS), Cənubi Koreya Milli Pensiya Xidməti (NPS) və İsveçin Alekta pensiya fondu kimi fondların SVB bankda sərmayəsi olub.

Qeyd edək ki, martın 10-da Kaliforniya ştatının tənzimləyiciləri ABŞ-ın iyirmi ən böyük kommersiya bankından biri olan Silikon Vadisi Bankını bağlayıb. Bu, 2008-ci il maliyyə böhranından sonra ABŞ-da ən böyük bank iflası oldu. SVB-nin dağılması ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin artması ilə əlaqələndirilib və bu, bir çox maliyyə institutlarının balansında olan aktivlərin dəyərdən düşməsinə səbəb olub.

  • Əvvəlki

    Azərbaycanda qəribə oğurluq - FOTO, VİDEO

Digər xəbərlər