Bitkoinin qiyməti son 9 ayın ən yüksək səviyyəsinə çatıb.
Silikon Vadisi Bankının dağılmasından sonra kriptovalyutalar qlobal bazarlardakı xaosdan qazanc əldə etmiş kimi görünür.
İnvestorlar tərəfindən daha təhlükəsiz liman olaraq seçilən bitkoin, 4 gündür davam edən yüksəlişin təsiri ilə 2022-ci ilin iyun ayından bu yana ən yüksək səviyyəyə çatıb. Bitkoinin qiyməti son 24 saatda 17 faiz artaraq 26 501 dollar olub. Qiymət hazırda 16,50% artaraq 26 116 dollara satılır.
Ethereum qiyməti son 24 saatda 10,38 faiz, Binance Coin isə 5,91 faiz bahalaşıb.