USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftdən tənəzzül qoxusu gəlir

14.03.2023 İqtisadiyyat
9 0
Ötən həftə dollar indeksinin yüksəlməsi əmtəə bazarında satışların artmasına səbəb oldu.

Əmtəə bazarlarında keçən həftə pul siyasəti və Çin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənliklər səbəbiylə kəskin düşüşlər ön plana çıxıb.

Belə ki, pambıq 7,7 faiz, nikel 7 faiz, mis 5,6 faiz və sink 4,3 faiz ucuzlaşıb. Alüminium itkisi 4,1 faiz təşkil edib.

Fyuçers və əmtəə bazarları eksperti Zəfər Ergezen dollar indeksinin keçən həftə yüksəlişinin əmtəə bazarlarında satışların artmasına səbəb olduğunu bildirib.

ABŞ-da təsərrüfatdan kənar məşğulluğun gözləntilərdən yüksək olduğunu, bunun əmtəə qiymətlərində enişlərə səbəb olduğunu ifadə edən Ergezen, tənəzzül narahatlıqlarının təsirli olmağa davam etdiyini söylədi. Buğda istehsalı gözləntilərində artımın davam etdiyini və qarğıdalı üçün ehtiyat gözləmələrinin də artdığını söyləyən Ergezen, düyü üçün istehsal təxminlərindəki artımın da satış təzyiqini artırdığını vurğuladı.

Ergezen Fransada şəkər çuğunduru istehsalının azalması, Hindistanda isə istehsalının azalması gözləntilərinin şəkər qiymətlərinə də təsirlərinin olacağını bildirib. FED sədri Jerome Powell-in açıqlamaları ilə ötən həftə yüksələn dollar indeksi bu həftə aşağı düşüb.

Bütün bu göstəricilər neftin də tənəzzülü ilə bağlı ehtimalları göz önünə gətirib.

  • Əvvəlki

    İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatdı

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0