USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elektron ticarətdə yüksəliş

15.03.2023 İqtisadiyyat
34 0
İlin ilk ayında sürətlə böyüməyə davam edən e-ticarət sektoru zəlzələlərdən sonra durma nöqtəsinə gəlib.

Ancaq mart ayı sektor yenidən aktivləşməyə başlayıb. IdeaSoft şirkətinin baş direktoru və TOBB Elektron Ticarət Şurasının üzvü Seyhun Özkara, üzv olduğu 14 min KOBİ-ni əsas götürdükdə, yanvar ayında elektron ticarətin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə artdığını söylədi.

Özkara, “Fevral ayı da sürətlə irəliləməyə başladı, ancaq zəlzələdən sonra yüzdə 15-17% azalma oldu. Bu vəziyyət Türkiyədəki bütün e-ticarət şirkətləri üçün eyni səviyyəni göstərdi.

Ticarət qəfil dayandı. Zəlzələ baş verən gündən insanlar xərclərdən əl çəkərək köməyə yönəldi. Zəlzələdən zərər çəkmiş 10 şəhərdə xidmət verdiyimiz 800-ə yaxın firma ciddi çətinliklər yaşadı. Onların itkiləri böyükdür, bəziləri dirçılməyə çalışsa da, çətinliklər böyükdür.

Məhsulun daşınması və logistikası da böyük əhəmiyyət kəsb edir. Həmin rayonların bir çoxunda bu problemlər var və yəqin ki, daha bir neçə ay davam edəcək”.