Dünya Bankının rəhbəri Georgieva sarsıdıcı açıqlama verilib.
"Kommersant" xəbər verir ki, K.Georgieva açıqlamasında 10 ildir sürən aşağı faiz dərəcələrinə baxmayaraq, bir çox ölkələrin şirkət və dövlət borclarının 164 trilyon dollar səviyyəsinə qalxdığını bildirib.
Bankın rəhbəri bildirib ki, faiz dərəcələrinin artmağa başladığı bir vaxtda borcların davamlılığını qorumağa xüsusi diqqət yetirmək lazımdır.
Qeyd edək ki, ABŞ Mərkəzi Bankında(FES) sürətlə irəliləyən faiz artımı digər dünya ölkələrinin də Məkəzi Banklarının işlərinə təsir edir. Georgieva dünya ölkələrinə səslənərək mövcud faiz dərəcələrinin aşağı olduğu müddətdə dövlət layihələrinə nəzarət etməyi və gəlirləri artırmağı məsləhət görüb.