Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman diqqət çəkən açıqlamaları ilə çıxış edib.
Ölkəsinin neft hasilatını azaldacağını deyən Bin Salman "NOPEC" qanun layihəsi ilə tavan qiymət tətbiqinin genişləndirilməsi arasında böyük fərq olduğunu bildirib.
O əlavə edib ki, absurd qiymət təklif edənlərə neft satmayacaqlar:
"Biz bu kimi təkliflərlə çıxış edən heç bir ölkəyə neft satmayacağıq. Bu siyasəti yürüdən ölkələr iqtisadi dalğalanmaların hökm sürdüyü bir vaxtda böyük risklər gətirə bilər. Bir daha təkrar edirəm ki, bu cür siyasətlər istər-istəməz bazarın qeyri-sabitliyini və dəyişkənliyini artıracaq".