Quş qripinə görə təxminən 6,5 milyon yumurtlayan toyuq məhv olunub. Yanvar ayında 1,75 lirə (0,16 AZN) civarında olan yumurtanın qiyməti 3 lirəyə (0,27 AZN) qalxıb.
Dünyada 2022-ci ildən etibarən yayılmağa başlayan quş qripi artıq Türkiyəyə də çatıb. Belə ki, qardaş ölkənin bəzi bölgələrində bu səbəblə xeyli sayda quş məhv edilib.
Məhv edilən quşlara veriləcək kompensasiya ödənişləri ilə bağlı hələlik konkret qərar qəbul edilməyib. Türkiyə Baytar Həkimlər Birliyinin prezidenti Prof. Dr. Murat Arslan, "2,5 milyon quşun zərərinin ödənilməsi nəzərdə tutulur. Amma diqqət etdikdə təxminən 5 milyon canlının məhv edildiyini görərik. Bu səbəbdən də istehsalçı ilə nazirlik arasında anlaşmazlıq yaşanır".