USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

15 aydan sonra ilk dəfə neft qiymətləri artır

16.03.2023 İqtisadiyyat
20 1
Neft qiymətləri dünənki əməliyyatlarda 'Credit Suisse böhranı' ilə 15 ayın ən aşağı səviyyəsini gördükdən sonra İsveçrə Mərkəzi Bankının dəstəyi xəbəri ilə bu gün qiymətlər bərpa olunur.

Dünən 78,73 dollara kimi bahalaşan Brent markalı neftin barrel qiyməti günü 73,69 dollarla tamamlayıb. Brent markalı neftin bir barelinin qiyməti bu gün bağlanışla müqayisədə 0,84 faiz artaraq 74,31 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir barreli 68,02 dollardan alıcı tapıb.

Dünən Avropa birjalarında başlayan və daha sonra geniş ictimaiyyətə yayılan “Credit Suisse böhranı” ilə neft qiymətləri kəskin ucuzlaşıb. Dünənki əməliyyatlarda Brent markalı neftin bir barelinin qiyməti 21 dekabr 2021-ci il tarixindən bu yana ən aşağı səviyyəsini göstərərək 71,67 dollara düşüb.

Bildirilir ki, texniki baxımdan Brent markalı neftin 74,66-75,32 dollar diapazonu müqavimət, 73,66-73,32 dollar diapazonu isə dəstək kimi qiymətləndirilə bilər.

Neftin qiyməti niyə istiqamətini dəyişdi?

Qiymətlərin artmasına Credit Suisse-nin İsveçrə Milli Bankından (SNB) 50 milyard frank yaxın borc alacağını açıqlaması ilə bütün dünya üzrə banklar üçün dərinləşən böhran narahatlığının azalması təsir göstərib.

Bankdan verilən açıqlamada Credit Suisse-nin likvidliyini gücləndirmək üçün qətiyyətli addımlar atdığı və təminatlı kredit və qısa müddətli likvidlik imkanının bir hissəsi olaraq SNB-dən 50 milyard İsveçrə frankına yaxın borc alacağı bildirilib.

ABŞ-da başlayan bank böhranından sonra Avropada Credit Suisse panikası bazarları kövrək etdi və qiymətləri aşağıya doğru təzyiq edib.