Qərbi Kaspi Universiteti abituriyentlərin mühəndislik ixtisaslarına olan marağının artırılması və bu ixtisaslar haqqında abituriyentlərin doğru məlumatlandırılması üçün 13 iyul, 2018-ci il tarixində “Abituriyentlərin 2018 Yay Mühəndislik Forumu”-nu həyata keçirir. Forumda yalnız abituriyentlərin iştirakı nəzərdə tutulmuşdur.
Forumda iştirak üçün aşağıda qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçmək mütləqdir.
14:00 Açılış nitqi – Qərbi Kaspi Universitetinin prorektoru dosent Zenfira xanım Məmmədova
14:10 Mühəndislik nədir? – Qərbi Kaspi Universiteti Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin dekanı, dosent Natiq Paşa
14:20 Tətbiqi elmlərin mühəndislikdə rolu – Qərbi Kaspi Universitetinin Tətbiqi və Təbiət Elmləri kafedrasının müdiri, dosent Elnarə Cəfərova
14:30 Qərbi Kaspi Universiteti tərəfindən təşkil olunan ADR 100 – Məktəblilərin LEGO xəttizləyən və Arduino sərbəst layihələri olimpiadasının icmalı və qaliblərinin mükafatlandırılması
14:50 Universitet və Sənaye iş birliyi (texnoparklar, sənaye parkları) – Qərbi Kaspi Universiteti Texnoparkının direktoru Kamran İmaməliyev
15:00 Mexatronika və robototexnika mühəndisliyi nədir? – Qərbi Kaspi Universiteti Texnoparkının əməkdaşı Anar Mansurov
15:20 Cihazqayırma mühəndisliyi nədir? – Qərbi Kaspi Universiteti Texnoparkının üzvü Cəbrayıl Şahbazov
15:40 Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi nədir? – Qərbi Kaspi Universiteti Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin dekanı, dosent Natiq Paşa
16:00 Abituriyentlərin Qərbi Kaspi Universitetinin laboratoriyaları ilə tanışlığı
Ünvan: Əhməd Rəcəbli 3, Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi binası