2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 17 milyard 146 milyon manata bərabər olmuşdur.
"Kommersant" Dövlət Statistika Komitəsinə istinadən xəbər veri ki, alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,7 faizi və ya təxminən 1 milyard manatı avtomobil yanacağının alınmasına sərf olunmuşdur.