İngiltərədə ev qiymətlərinin yanvar ayında əvvəlki ilin eyni ayına görə yüzdə 6,3% artdığı bildirilib.
İngiltərə Milli Statistikası (ONS) tərəfindən edilən açıqlamada, yanvar ayında ev qiymətlərinin illik bazada yüzdə 6,3% artdığı, ölkədəki ortalama ev qiymətlərinin yüksəldiyi qeyd edilib.
ONS bəyanatında bildirilirdi ki, İngiltərədə ev kirayələri illik 4,6 faiz artıb ki, bu da 2016-cı ildən bəri ən kəskin artımdır.
Statistika qurumunun açıqlamasında, yanvarda İngiltərədə ev qiymətlərinin aylıq bazada 0,6 faiz azaldığı qeyd edilib. 2022-ci ilin dekabr ayında mənzil qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz azalıb.
Açıqlamada qiymətləndirmələri yer alan ONS Mənzil Bazarlarının rəhbəri Aimee Nortn, "İngiltərədə kirayə qiymətləri artmağa davam edir. Fevral ayı etibarilə ölkədə 2016-cı ildən bəri illik bazada ən kəskin artım mənzil kirayələrində qeydə alınıb" ifadələrdən istifadə edib.