USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb

23.03.2023 İqtisadiyyat
5 26
2023-cü ilin yanvar-fevral ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 895,6 milyon manat təşkil edib ki, onun da 849,2 milyon manatı heyvandarlıq, 46,4 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə 1,9 faiz artıb.

Ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılmışdır. Mart ayının 1-nə kimi 54,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (qarğıdalı daxil olmaqla), 14,7 min hektar sahədə kartof, 11,1 min hektar sahədə tərəvəz, 19,9 min hektar sahədə yemlik bitkilər, 0,3 min hektar sahədə texniki bitkilər, 0,1 min hektar sahədə sair bitkilər əkilib.