“Banco” platformasının çökməsindən sonra bitcoinin qiyməti düşüb.
"Kommersant" xəbər verir ki, İsveçrə kriptoqrafik platforması "Bancor"un çökməsi nəticəsində bitcoin həftəyə 6,3 - 6,4 min dollarla başlayıb.
"CoinMarketCap"ın 20 valyuta bazarında apardığı hesablamalara görə, bitcoinin qiyməti 1,33% aşağı düşüb.
Ekspertlərin sözlərinə görə, "Bancor"un çökməsi təsadüf deyil. Belə ki, sözügedən platforma kriptovalyuta mübadiləsini təmin edən əsas sistem idi. Onun çökməsi sözsüz ki, kriptovalyutaların kursuna mənfi təsir edəcək.